Rusiya və Suriya ordusu Türkiyə sərhədi yaxınlığında yerləşən hərbi hava limanını işə salıblar

 Rusiya və Suriya hərbi qüvvələri Hələbin Minbic rayonunda yerləşən “əl-Carrah” hava limanını işə salıblar.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriya və Ərəb KİV-ləri məlumat veriblər.

Bildirilib ki, Suriya Ordusu Rusiya hərbi qüvvələrinin dəstəyi ilə əl-Carrah hava limanına lazımi texnikalar yerləşdiriblər.

Məlumata görə Rusiya bu hava limanına “Buk” və “Pantsir” kimi havadan müdafiə sistemləri yerləşdirib.

Qeyd edək ki, Hələbin şərqində yerləşən bu hava limanı bir neçə il müxalifətin silahlı birləşmələrinin nəzarətində olub. Hava limanı əvvəl 2013-cü ildə "Əhrar-Şam", 2014-cü ildə isə İŞİD-in nəzarətinə keçib. Suriya Ordusu bu strateji hava limanını 2016-cı ildə geri alıb.