Məhəmməd Əmin Rəsulzadənin evinin önündən sabah yeni barelyef asılacaq.
Bu barədə Modern.az-a Novxanı bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, hazırda bələdiyyə sədri Şahin Tağıyev məsələ ilə şəxsən məşğul olur:
“Artıq barelyef demək olar ki, hazırdır. Mərmərdən düzəldildiyi üçün tamamlanması bir qədər uzun çəkdi. Sədrimiz bu gün barelyefi hazır şəkildə əldə edəcək. Əgər heç bir problem çıxmasa, sabah barelyefin yerinə asılması gözlənilir. Hər halda ən geci yanvarın 25-də Rəsulzadənin yaşamış olduğu evin bayır divarında lövhəsi olacaq”.
Xatırladaq ki, yanvarın 15-nə keçən gecə yanvarın 15-nə keçən gecə Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.
Baş vermiş hadisəni ilk olaraq Modern.az saytı ictimailəşdirmişdi və Abşeron rayonu Polis İdarəsi araşdırmalara başlamışdı. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfər həbs olunub.
Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.
Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.
Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.
Rəsulzadənin yeni barelyefi sabah yerinə asılacaq

Oxşar xəbərlər