Ramazan ayında Əqsa məscidinə qarşı təhlükəli plan

İtamar Ben Qvir mübarək ay ərəfəsində Məscidül-Əqsaya qarşı yeni mübahisəli plan təqdim edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ramazan ayı ərzində İordan çayının qərb sahilində yaşayan fələstinlilərin Məscidül-Əqsaya daxil olmasının qarşısının alınması və Qüds sakinlərinin və 1948-ci ildə işğal olunmuş fələstinlilərin bu müqəddəs məkana girişinə qoyulan məhdudiyyətlərin sərtləşdirilməsi” kimi planlar ortaya qoyulub.

Ramazan ayına bir aydan az vaxt qaldığı halda, sionist rejim televiziyasının 12-ci kanalı açıqlayıb ki, İtmar Ben Qvir ekstremist nazir Benyamin Netanyahunun kabinetinin üzvlərindən xahiş edib ki, bu müqəddəs ayda Qüdsdə və 1948-ci il torpaqlarında yaşayan yalnız 70 yaşdan yuxarı insanların, İordan çayının qərb sahilinin digər ərazilərinin sakinlərinin isə mütləq şəkildə Məscidül-Əqsaya daxil olmamalıdır.