Neçə gündür ki, bir ləyaqətsiz Azərbaycanda Qurani-Kərimi yandıraraq Azərbaycan xalqını, ümumiyyətlə bütün dünyada yaşayan saysız-hesabsız müsəlmanları təhqir edib. Əlbəttə bu hadisə digər tərəfdən bir çoxlarının maskasını da cırıb. Kimlərin? Qeyrətli dindarları və ruhaniləri İran agenturası hesab edən və sionist rejimin Azərbaycanda fəaliyyət göstərən agenturasının bir parçası olan saxta müsəlmanların maskası əməlli-başlı cırılıb. Hacı Tale, Hacı Abgül kimi qeyrətli oğlanları hicabı müdafiə etdikləri halda İranın sifarişi ilə iş görməkdə ittiham etdilər, onların dərdinin din, hicab yox, İranı razı salmaq, ölkədə şəriət dövləti qurmaq olduğunu əllərinin altında olan media vasitəsilə elan etdilər. Bu cür qeyrətli oğulların alternativi olaraq daim Dini Qurumlar, QMİ ruhaniləri dövlətini, dinini, xalqını, vətənini sevən insanlar kimi qələmə verildi. Olsun. Kim nə deyir ki?
Bu günlərdə Hacı Tale, Hacı Abgül, Hacı Sərdar, Hacı Zülfüqar öz mövqelərini ortaya qoymaqla gündəm yaratmayıb ki, onların müqabilində QMİ ortaya çıxıb özlərindən vətənini, xalqını sevən dindar imici yaratsın. Bu dəfə ölkə başçısının belə andiçmə mərasimində əl basıb and içdiyi müqəddəs Qurani-Kərim təhqir edilib. Ölkədə yaşayan şiələrin, sünnülərin, vəhhabilərin, quranilərin müştərək kitabı təhqir edilib. Halbuki QMİ, Dini Qurumlar başda olmaqla heç kimsədən lazımı həddə səs çıxmır. Hətta İranla Azərbaycan arasında soyuqluq yarananda və bu səbəbdən kütləvi dindar ovuna çıxıldığı bir vaxtda bir sıra sionist nökəri olan yerli media orqanları, YouTube kanalları ortaya çıxıb özlərini həqiqi müsəlman kimi qələmə verməyə çalışdılar. Həmin sionist nökərləri görəsən, niyə çıxıb öz müqəddəs kitablarını müdafiə etmir, Quran yandıran şərəfsizi məhkum etmirlər? Niyə çıxıb dövlətin müvafiq orqanlarını süstlük etdiyi üçün qınamırlar? Çünki onlara öz ağaları olan sionist rejimdən belə əmr gəlib.
Dövlətin bu vaxta qədər heç bir reaksiya verməməsi isə insanda təbii olaraq sual yaradır. Niyə görə dövlətin hansısa siyasəti tənqid edildiyi üçün kütləvi həbslər baş verdiyi halda bu hadisəyə səssizcə tamaşa edilir? Yoxsa məlun Rafiq Tağının öldürülməsi, Gəncə icra hakiminin güllələnməsi kimi bir hadisənin olması kimlərinsə marağındadır? Yoxsa İranla sionist rejimin arasının hər dəfəsindən daha gərgin olduğu bir dövrdə yenə kütləvi dindar, ruhani həbsi dalğası hazırlayırlar? Yoxsa bu elə müvafiq orqanların öz planıdır? Fazil şousundan başqa növbəti şou gözlənilir? Yoxsa ölkədə parlament seçkisi prosesindən diqqətləri yayındırmaq üçün bu proqram xüsusi olaraq ortaya atılıb?
Quran yandıran hələ də cəzasız qalıbsa...