Quba şəhərinin Baş planı təsdiqlənib

Nazirlər Kabineti Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Quba şəhərinin Baş planı”nı təsdiq edib.

Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

"Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Quba şəhərinin Baş planı” təsdiq edilsin", - deyə sənəddə bildirilir.