Tovuzdan Şuşaya axan şəhid qanı
Bu gün Tovuz döyüşlərindən 6 il ötür. 2020-ci ilin 12–16 iyul tarixlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət təkcə sərhədlərimizi qorumaqla kifayətlənmədi, həm də xalqımızın qələbə əzmini daha da gücləndirdi. Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinə aparan yolun başlanğıcı, Böyük Zəfərin ilk müjdəçisi oldu.
General-mayor Polad Həşimov və onunla birlikdə şəhidlik zirvəsinə ucalan qəhrəman zabit və əsgərlər Vətən uğrunda canlarından keçərək Azərbaycan tarixinin şanlı səhifəsini yazdılar. Onların müqəddəs qanı Tovuzdan Şuşaya uzanan Zəfər yolunun təməlini qoydu.
Tovuzda yüksələn şəhidlik ruhu bütün xalqın iradəsinə çevrildi. Nəticədə üçrəngli bayrağımız Şuşada dalğalandı və xalqımız tarixi ədaləti bərpa etdi. Bu səbəbdən Tovuz döyüşləri təkcə bir sərhəd savaşı deyil, Qələbənin başlandığı an kimi Azərbaycan tarixində əbədi yaşayacaq.
"Tovuzdan Şuşaya axan şəhid qanı, 44 günlük Zəfərin yolunu yazdı. Sizin qanınız bizi Zəfərə apardı."
MBH Avropa Nümayəndəliyi şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir.
Qələbənin başlandığı an