Pakistanda sular durulmur; Polis İmran Xanın evinə basqın edib

Pakistan polisi İmran Xanın Lahorun Zaman Park rayonundakı evinə basqın edib və axtarış aparıb. Bu zaman Xan tərəfdarları evin yerləşdiyi əraziyə gələrək polisin axtarış işlərinə mane olmağa çalışıblar. Polislə Xan tərəfdarları arasında qarşıdurma baş verib.

Xanın evində axtarış aparılması üçün sənədlərin tələb olunduğu, lakin sənədləri göstərmədikləri üçün polisin heç kimi saxlaya bilmədiyi bildirilib. Pakistan hökuməti çərşənbə günü Xanın evində təxminən 40 nəfərin gizləndiyini iddia edib və gizlənənlərə 24 saat ərzində təslim olmalarını bildirib.

Mayın 9-da Pakistanda korrupsiya ittihamı ilə həbs edilən keçmiş baş nazir İmran Xan İslamabad Ali Məhkəməsi tərəfindən mayın 12-də 2 həftəlik müvəqqəti girov müqabilində sərbəst buraxılıb. Xanın azadlığa buraxılması qərarı hökumət tərəfdarlarını qəzəbləndirib.