Ənsarullah Qırmızı dənizdə Britaniya neft gəmisini hədəfə alıb

Yəmən Ənsarullah Hərəkatı Qırmızı dənizdə Britaniyaya məxsus neft gəmisini hədəf aldıqlarını bildirib.

Yəmən Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Səri verdiyi yazılı açıqlamada, Qırmızı dənizdə İngiltərəyə məxsus POLLUX neft gəmisini çox sayda uyğun dəniz raketi ilə vurduqlarını bildirib.