2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 194 ölkədən 2 milyon 420,4 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi gəlib.
Hesabatı Dövlət Sərhəd Xidmətinə istinadla Dövlət Statistika Komitəsi yayıb.
Rəsmi hesabatda bildirilir ki, gələnlərin 31,1 faizi Rusiya, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir.
10 ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 16,2 faiz artaraq 4 milyon 14,6 min nəfər olub. Ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiyaya, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi digər ölkələrə səfər edib.
Azərbaycana ən çox bu ölkədən gəlirlər
Oxşar xəbərlər