Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) son dörd gündə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 92 əcnəbi saxlanılıb.
DMX-nin məlumatında deyilir ki, saxlanılan şəxslərdən 18-nin Azərbaycan ərazisinə gəlişinin bəyan edilmiş məqsədlərini pozduğu, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadığı, 69-nun ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.
Əcnəbilərdən 68 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin Azərbaycanın hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
92 əcnəbi saxlanılıb
Oxşar xəbərlər