Avtovağzal əməkdaşları vahid forma geyinəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yenilik edilib.

Kompleksdən Modern.az-a verilən məlumata görə, bu gündən sərnişindaşımanın təşkili şöbəsinin əməkdaşları – perron nəzarətçiləri, dispetçerlər və mütəxəssislər vahid uniforma geyinəcəklər.

Bundan sonra sərnişinləri onları maraqlandıran bütün sualları həmin əməkdaşlara ünvanlaya biləcəklər.