Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, DMX tərəfindən üç gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşları olan 71 əcnəbi saxlanılıb.
Onlardan 10 nəfərinin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 51-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Azərbaycanda qanunsuz yaşayan 71 miqrant saxlanıldı - Foto

Oxşar xəbərlər