İyunun 4-dən harada olduğu bəlli olmayan hüquqşünas Emin Aslanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanıldığı bildirilib.
Bu barədə onun vəkili Elçin Sadıqova məlumat verilib. Lakin vəkili ilə görüşünə şərait yaradılmayıb.
E.Aslanı iyunun 4-də günortadan sonra «Park Bulvar» alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfərin saxladığı bildirilir.
Hüquqşünas E.Aslan son 6-7 il ərzində, əsasən, müxtəlif qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq qurumlarla əməkdaşlıq edib.
2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb, işləyib. İki ilə əvvəl isə ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.
toplum.tv
Emin Aslanın harada saxlanıldığı məlum olub
Oxşar xəbərlər