Bu gün AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü, Ali Məclisin katibi Məmməd İbrahimin məhkəmə prosesi başlanıb. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.
Ə.Kərimli və M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Gözlənildiyi kimi, məhkəməni sırf siyasi səbəblərlə və sifarişlə qapalı keçirilməyə qərar verilib.
Əli Kərimli məhkəmənin qapalı keçirilməsinə etiraz edib. Bildirib ki, qapalı keçiriləcəyi halda proseslərdə iştirakdan imtina edəcək.
Məhkəmənin hazırlıq iclasında müdafiə tərəfin bir neçə vəsatəti olub: cinayət işinə xitam verilməsi, həbs qəti-imkan tədbirinin dəyişdirilməsi, Əli Kərimlinin zalda, vəkillərin yanında əyləşməsi və b.
Əli Kərimli də çıxışında cinayət işinin tamamilə əsassız olduğunu əsas gətirərək, ona xitam verilməsini istəyib.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.
Növbəti proses noyabrın 13-nə təyin edilib.
Əli Kərimli və Məmməd İbrahimin məhkəmə iclası baş tutub