Azərbaycanlı məşhur futbolçu Kərbəlada çəkdirdiyi fotoları paylaşdı

Azərbaycanlı peşəkar futbolçu Elvin Cəfərquliyev İraqa səfər edərək orada yerləşən müqəddəs məkanları ziyarət edir.

Məşhur idmançı Kərbəla şəhərində Beynül-Hərəmeyn ziyarətgah kompleksini – İmam Hüseyn (ə) və Həzrəti Əbəlfəzl Abbas (ə) hərəmlərini, Nəcəf şəhərində İmam Əli (ə) ziyarətgahında olub.

O, burada çəkdiyi xatirələri fotoları öz sosial şəbəkə hesablarında paylaşıb.

“Kərbəla — dünyadan uzaqlaşdığın, özünə və Allaha yaxınlaşdığın yer. Salam olsun, Kərbəla şəhidlərinə, salam olsun, Azərbaycan şəhidlərinə”, – deyə o yazıb.