Almaniyanın Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Avqust Henninq oktyabrın 6-da casusluq ittihamı ilə həbs olunub.
Almaniyanın Baş Prokurorluğu Henninqi 2 mindən çox məxfi sənədi əldə etməkdə və onların əsasında adı çəkilməyən xarici ölkənin kəşfiyyat xidməti üçün analiz hazırlamaqda ittiham edir. Onun xarici ölkə kəşfiyyatına məxfi sənədləri ötürüb-ötürmədiyi araşdırılır.
Almaniyanın "Der Spiegel" nəşri isə Henninqin əməkdaşlıq etdiyi ölkənin Azərbaycan olduğunu yazıb.
80 yaşlı Henninq 1998-2005-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olub. O, həmçinin Almaniya-Azərbaycan Forumunun İdarə Heyətində təmsil olunub.
Media və Yayım Şurası bu iddiaları təkzib edərək, onların “dezinformasiya xarakteri daşıdığını” və “Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi” olduğunu bildirib.
“Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır”, - Şura bildirib.
Azərbaycanla əlaqəsi olduğu deyilən Avqust Henninq casusluq ittihamı ilə həbs olunub