Bir neçə gündür saxlanılan inanclıdan ailəsi heç bir xəbər ala bilmir

Lənkəran sakini saxlanıldığı bildirilir. Qəmbərov Təhmasib Tahir oğlu 3 gün öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Məlumatı ailəsi yayıb. İnanclının hansı səbəbdən saxlanılması haqda məlumat verilmir. Təhmasib saxlanılan andan ailəsi ilə heç bir əlaqə qurmadığından ailə onun vəziyyəti ilə bağlı narahatdır.

Qənbərov Təhmasib Bakı İslam Universitetini bitirib. İki uşaq atasıdır və ali dini təhsil almasına baxmayaraq saxlanılan günə qədər işsiz olub. Müxtəlif fərdi yerlərdə usta köməkçisi işləyən ilahiyyatçını bir neçə dəfə hüquq mühafizə orqanları inancı səbəbindən saxlayıb, sorğu sual edib buraxıblar. Bu dəfə saxlanılmasından günlər ötsə də, hələ ki, Təhmasibdən hər hansı bir xəbər almaq mümkün olmayıb.