Hizbullah şəhid Seyid Həsən Nəsrullaha, şəhid Seyid Haşim Səfiyəddinə, Hizbullahın Baş Katibi Şeyx Naim Qasimə və Livan xalqına ünvanlanmış bir müraciət yayımlayıb.
“Salam olsun ən müqəddəs və uca şəhidimizə – nəcib Seyid Həsən Nəsrullaha və onun sadiq silahdaşı Seyid Haşim Səfiuddinə. Salam olsun vəd daşıyıcısına, əhdin qoruyucusuna və Baş Katibimiz, hörmətli Şeyx Naim Qasimə – Allah onu qorusun. Salam olsun bizdən əvvəl dünyasını dəyişən şəhidlərə və səbir nümunəsi olan onların ailələrinə. Salam olsun o nəcib veteranlara və həqiqətə şahidlik edən bədənlərindəki mübarək yaralara.
Ey ağamız, ey sevimlimiz, ey əzizimiz; qapqara gecənin zülməti kimi üzərimizə çökmüş fitnə-fəsad içində biz sənin nurani yolunu və vəsiyyətini – yolumuzu işıqlandıran mayakları izləyirik. Ey ağamız; səsinin əks-sədası içimizdə guruldamağa, ruhlarımızda inqilab alovunu yandırmağa və dinməz qəzəb vulkanımızı əbədi olaraq püskürtməyə davam edəcək. Biz zilləti və alçalmanı rədd edirik; hər bir zalımdan və hər bir təkəbbürlü tirandan Kərbəla intiqamını almağa and içirik. Günlər şahidlik edəcək ki, yalnız Hizbullah qalib gələcək.
Liderimiz və Baş Katibimiz, uğrunda canımızı fəda edəcəyimiz Şeyx Naim Qasimə gəlincə – Allah onu qorusun: Ey nəcib Şeyximiz, ey vəd daşıyıcısı və əhdin qoruyucusu; biz sənin sərhədlərdə məğrur və sarsılmaz şəkildə dayanan, Allahın və özümüzün düşmənini nəzarətdə saxlayan, o anı gözləyərkən hər nəfəsimizi sayan “mücahid” övladlarıyıq. Ey müqəddəs şəhidimizin xələfi; biz sənə sədaqətimizi və əmrlərinə, yoluna – bu müqaviməti, bu vətəni və onun xalqını, o sadiq xalqımızı [müdafiə etmək] uğrunda sarsılmaz bağlılığımızı bəyan edirik... Sənin hüzurunda and içirik ki, sənin fədakar övladlarını qoruyacağıq.
Ey nəcib Şeyximiz, Allaha və bizə etibar et. Əmin ol ki, əgər bizə bədənlərimizi bu torpağa əkməyi və mövqelərimizdən bir qarış belə tərpənməməyi əmr etsəydin belə, biz olmağımız gərəkən yerdə sarsılmaz şəkildə dayanardıq.” Biz Möminlərin Əmiri İmam Əlinin (ə) bu sözlərini özümüzə şüar seçmişik: "Əgər onlarla təkbaşına üz-üzə gəlsəm və onlar bütün yer üzünü doldursalar belə, nə narahat olaram, nə də qorxuya düşərəm; əksinə, bu, məni [məqsədə] daha da yaxınlaşdırar." Allahın bizə bəxş edəcəyi qələbəyə olan inamımız qətidir. Şübhəsiz ki, Allahın köməyi çox yaxındır. Əgər döyüşməyə qərar versəniz, sizə salam olsun; əgər səbr və dözümü seçsəniz, yenə də sizə salam olsun. Biz sizin əmrinizdəyik və hər döyüş meydanında hazırıq; biz heç vaxt silahımızı yerə qoymamışıq və heç vaxt da qoymayacağıq.
Əziz və möhtərəm xalqımıza gəldikdə isə: biz sizin səbrinizi və fədakarlığınızı ürəkdən qiymətləndirir və sizə dərin ehtiram bəsləyirik. Siz həqiqətən də insanların ən şərəflisi, ən təmizi və ən səxavətlisisiniz. Siz bu torpaq və bu müqavimət naminə ən qiymətli varlıqlarınızı fəda etdiniz. Biz də sizə söz veririk: ləyaqət və şərəfinizi qorumaq, həmçinin zillət və zülmü sizdən uzaqlaşdırmaq naminə ən qiymətli sərvətlərimizi – qanımızı və canımızı fəda edəcəyik.
Allaha və bizə etimad göstərin. Allaha and olsun ki, biz Allahın dininə yardım edən bəndələrik və Allah bizə qələbə vəd etmişdir. Allah Öz bəndəsi üçün kifayətdir. Şübhəsiz ki, Allah Öz dininə yardım edənlərə yardım edər. Və həqiqətən, Allahın qüdrəti hər şeyə qadirdir.
Allaha and olsun... Allaha and olsun... Biz öz əhdimizə sadiqik – ey Nəsrullah!
Hizbullahdan Baş Katiblərə və Livan xalqına müraciət