Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşı Ramil Babayev saxlanıldığı Umbakı Penitensiar Müəssisəsində təqsirləndirilən şəxslərdən birinin səhhətindəki problemlər barədə yazıb.
Ramil Bayayevin yazısını olduğu kimi təqdim edirik.
“Mən Babayev Cavid, 55 yaşındayam. Birinci Qarabağ müharibəsi iştirakçısıyam və hazırda Umbakı Penitensiar Müəssisəsində saxlanılıram. Mənim ciddi sağlamlıq problemlərim var. Ürəyimə üç dəfə stent qoyulub. Hər axşam bütün bədənimdə ağrı hiss edirəm, sümüklərim sızıldayır.
Bununla bağlı həkim qəbulu tələb etmişdim. Məni yarım ay yubadandan sonra həkim müayinəsinə apardılar. Həkim müayinədən sonra bir neçə dərmandan istifadə etməli olduğumu, həmçinin mənə sistem köçürülməli olduğunu dedi. Mən həmin dərmanları həkimdən istədim. O isə bildirdi ki, hazırda müəssisədə dərman preparatları yoxdur. Dərmanları və sistemləri ailəm aptekdən alıb gətirməlidir.
Mən ona dedim ki, həyat yoldaşım onkoloji xəstədir, övladım əlildir. Ailənin qazanc əldə edən üzvü mən idim və elə bu çətin həyat şəraitinin nəticəsində həbs olunmuşam. İndi maddi təminatı olmayan, özləri də xəstə olan ailə üzvlərimdən mənə dərman alıb gətirmələrini necə istəyim?
Həkim bu sualın qarşısında çiyinlərini çəkdi və dedi ki, edə biləcəyi bir şey yoxdur. Həmin gün problemimi çatdırmaq üçün müəssisə rəisinin qəbulunu tələb etdim. Lakin bir neçə həftə keçməsinə baxmayaraq, qəbula çıxarılmamışam. Mənə bildirirlər ki, bu problemə görə rəisin qəbuluna çıxmaqla bir nəticə ala bilməyəcəyəm. Mövcud reallıq həkimin mənə bildirdiyidir.
Mən sadəcə müvafiq qurumlardan hüququm olan müalicə ilə təmin edilməyimi xahiş edirəm”.
Özləri də xəstə olan ailə üzvlərimdən mənə dərman alıb gətirmələrini necə istəyim?