Bab-əl Məndəbdə münaqişə neft bazarında şok yaratdı

Ənsarullah hərəkatının Qırmızı dənizdə mühüm keçid olan Bab-əl Məndəb boğazında Səudiyyə Ərəbistanının tankerlərini vurması dünya neft bazarında ciddi təşvişə səbəb olub.

Londonun ICE birjasında Brent nefti 3 dollardan çox bahalaşaraq 96 dolları, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti isə 2 dollar artmaqla 89 dolları keçib.

Qeyd edək ki, Bab-əl Məndəb dünya neft bazarının əsas təchizatçılarından olan Ər-Riyadın bazara Hörmüzdənkənar yeganə çıxış imkanıdır. ABŞ-İran münaqişəsi başlanandan bəri Səudiyyə nefti ixracının əsas hissəsini bu boğazla dünya bazarın çıxarırdı.

ABŞ-la İran arasında münaqişənin yenidən alovlanması fonunda Tehran Husilərin timsalında bölgədəki digər proksi qüvvələrini prosesə qoşmaqla enerji qiymətlərini artırmaq və Donald Tramp hakimiyyətinə təzyiq formalaşdırmağa çalışır.