Fələstin tərəfdarlarının Londonun mərkəzində izdihamlı yürüşü baş tutub

Bu gün (şənbə) minlərlə Fələstin tərəfdarı Britaniyada hakimiyyətin təhvil verilməsi ilə eyni vaxta təsadüf edən, ABŞ-nin İrana qarşı yeni təcavüz dalğasına etiraz və İsrail rejiminin Qəzzada davam etdirdiyi cinayətlərə qarşı etiraz əlaməti olaraq Londonun mərkəzində yürüş keçiriblər.

Aksiya iştirakçıları əllərində Fələstin bayraqları və üzərində “Soyqırımına son qoyun”, “İsraili silahlandırmayın”, “Müharibəyə yox” və “Sanksiyaları dərhal tətbiq edin” şüarları yazılmış plakatlar daşıyaraq, Britaniya hökumətinin Qəzza ilə bağlı siyasətini, eləcə də Londonun regionda Vaşinqtonun müharibəyönlü siyasətinə verdiyi dəstəyi qətiyyətlə pisləyiblər.