Cəzasızlıq mühitinin ən təhlükəli nəticəsi yeni cinayətlərin törədilməsinə zəmin yaratmasıdır. Qanunu pozan, onu hansı formada olursa-olsun ayaqlayan şəxsin bu addımı təkrar etməsinə cürət verən əsas amil məhz cəzasızlıqdır. Təəssüf ki, bu gün qlobal güclərin rəqabətində hegemonluq uğrunda mübarizə zülm və haqsızlıq meydanına çevrilib.
Dünyanın gözü qarşısında bəşəri cinayətlər törədən Amerika, İsrail və beynəlxalq məhkəmələr tərəfindən cinayətkar kimi tanınan rəhbərlərinin soyqırımı siyasətinin arxasında da məhz cəzasızlıq dayanır. Elə buna görə də sionizm bəşəriyyətin xərçəngi kimi müxtəlif ölkələrə hücum etməyə, insanları və insanlığı hədəfə almağa davam edir.
Təbii ki, mövcud güc balansı qarşısında bu vəziyyətlə barışmağın qaçılmaz olduğunu düşünənlər tapıla bilər. Lakin ilahi missiya hər bir insandan öz gücü və imkanı daxilində zülmə, haqsızlığa və özbaşınalığa etiraz etməyi tələb edir. Bu isə göstərir ki, insanın məsuliyyəti heç vaxt sona çatmır.
Zülmə qarşı laqeyd qalmaq tarixi cinayətlərə yol açan və insanlığın üz qarasına çevrilən əməllərə şərik olmaq deməkdir. Cəmiyyətin və onun hər bir üzvünün qanunsuzluqlar qarşısında susması, yalnız öz rahatlığını düşünməsi gec-tez təkcə öz həyatını deyil, yaxınlarının da həyatını cəhənnəmə çevirə bilər. Əksinə, zülmə qarşı ayağa qalxan insanlar bəzən təkcə öz talelərini deyil, bütöv bəşəriyyətin taleyini dəyişirlər. Tarix belə şəxsiyyətləri tanıyır və onları yüksək qiymətləndirir.
Demək olar ki, hər kəs Muxtar Səqəfi haqqında eşidib. Xüsusilə də "Muxtarnamə" çoxseriyalı filmi onun həyatına və mübarizəsinə işıq salaraq bu tarixi şəxsiyyətin fəaliyyətini geniş auditoriyaya tanıda bilib. Muxtar tarixdə İmam Hüseynin (ə) qatillərindən qisas almaq məqsədilə qiyam qaldırmış sərkərdə kimi tanınır. O, Kərbəlada susuz halda şəhid edilən İmam Hüseynin (ə) qatillərini bir-bir taparaq onları cəzalandırmış, İmam Səccadın (ə) qəlbini şad etmişdir.
Kərbəla hadisəsindən sonra Muxtar İmam Hüseynin (ə) qatillərinin cəzasız qalmayacağına and içmişdi. Onun həyata keçirdiyi qisas sonrakı dövrlərdə də zalımlar üçün ciddi xəbərdarlığa çevrildi. Muxtar qatillərin hər birini ayrı-ayrılıqda mühakimə edərək xalqın gözü önündə cəzalandırdı. Bu cəzalar elə bir qorxu və çəkindirmə mühiti yaratdı ki, sonrakı imamların dövründə belə xəlifələr İmamlara qarşı açıq şəkildə hörmətsizlik və zorakılıq etməkdən çəkinməyə başladılar. Çünki artıq anlayırdılar ki, belə cinayətlər cavabsız qalmaya bilər.
Bu prinsip bütün dövrlər üçün keçərlidir. Forması dəyişsə də, mahiyyəti dəyişmir. Zülmün qarşısında dayanmağa cəsarət göstərməyən insan, fərqində olmasa belə, gələcək cinayətlərin baş verməsinə şərait yaratmış olur.
Bu günlərdə Ali Məqamlı Rəhbər İmam Xameneinin dəfn mərasiminə şahidlik etdiniz. İran dövlətinin bu hadisəyə hansı formada cavab verəcəyindən asılı olmayaraq, İran, İraq, Bəhreyn, Yəmən, Türkiyə, Pakistan, Azərbaycan və digər ölkələrdə milyonlarla insan Amerikanın, Donald Trampın və İsrailin bu cinayətinə qarşı etiraz səsini ucaltdı. Bu izdiham zülmə və qətliama "yox" deyən insanların həmrəyliyinin və birlik ruhunun tarixi nümunələrindən biri kimi yadda qaldı.
Şübhəsiz ki, zülm qarşısında haqlı etiraz daha ədalətli və rifahlı cəmiyyətin formalaşmasına xidmət edir. Bunun üçün hər bir insan öz imkanları çərçivəsində məsuliyyətini dərk etməli, vicdanının səsinə qulaq asaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu, sağlam ailənin, güclü cəmiyyətin, ədalətli dövlətin və nəhayət, hüququn aliliyinə əsaslanan dünyanın qurulmasının əsas şərtlərindən biridir. Bunun əksinin hansı nəticələrə gətirib çıxardığını isə izah etməyə ehtiyac yoxdur.
Unutmayaq ki, cəzasızlıq mühiti təkcə bu günü deyil, gələcəyimizi də təhlükə altına qoyur və gələcək nəsillərə qorxunc sabahlar vəd edir.
Cəzasızlıq mühiti - insanların məsuliyyəti