Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (6-cı hissə – yekun)

Sabahın dünyası bir zamanlar dünya səhnəsindən silərək sıxışdırmağa çalışdığı din – İslamı Zühurun vahid idarəçilik sisteminə kiçik model olaraq görülən bir quruluşu təqdim etməklə yeni nizam təqdim edəcək. Dünəndən fərqli olaraq bu düzən dünya üçün Quranda vəd olunan idarəçiliyin nəzəri əsasları deyil, praktiki işlər formasıdır. Bu sistem bütün sahələri tənzimləmə gücünə malik unikal, eyni halda dünyada ideoloji məktəblərin çökmə ərəfəsində ikən tək mümkün yoldur.

Bu, bir zamanlar İslam Peyğəmbərin (s) hər kəsin öz dinində qalmaqla İslam əmin-amanlığında həyat və yaşam konsepsiyası olaraq hər kəsin qəbul edəcəyi bir quruluşdur. Uzaq keçmişdə Hz. Məhəmmədin (s) varlığında doğulan din bu gün dünya ideologiyası səmasında bütün sönən ulduzları öz nuru ilə yox edən İslam günəşinin nuru ilə məlum və mütləqdir.

Müharibə dünyada İslamın əsrlərdir pərdə arxasında qalmış həqiqətini, dünyanın ona duyduğu ehtiyacı və bətnində saxladığı qüdrəti nümayiş etdirmək üçün bir fürsət oldu. Hansı ki, nəzəri olaraq əsrlərdir danışılan bu həqiqət üçün real və əməli bir nümunə ortaya qoyulmalı idi ki, İran İslam Respublikası bunu öz canı, malı və müqəddəs şəhidləri ilə tərənnüm və nümayiş etdirə bildi.

Son.