Macarıstanda parlament seçkilərini qazanmış "Tisa" partiyasının lideri Peter Madyar qələbədən sonrakı ilk mətbuat konfransında baş nazir kimi yürüdəcəyi xarici siyasətdən danışıb.
O, Avropa İttifaqının (Aİ) Ukraynaya ayırdığı 90 milyard avro məbləğindəki kreditə veto qoymayacağına işarə edib, lakin ölkəsinin kreditin maliyyələşdirilməsində iştirak etməyəcəyini də bildirib.
“Mən, ümumiyyətlə, niyə bunu müzakirə etdiyimizi anlamıram. Çünki dekabr ayında Avropa Şurasının iclasında [hazırkı baş nazir Viktor] Orban Macarıstanın bu kreditin maliyyələşməsində iştirak etməməsinə səs verib və Şura bunu təsdiqləyib. Macarıstan, Çexiya və Slovakiya 90 milyard avroluq kreditin maliyyələşməsində iştirak etmir. Buna görə də, bu, bizim ölkəyə aid məsələ deyil. Məsələ də məhz bu cür təsdiqlənib", - Madyar deyib.
Madyar Macarıstanın kreditin maliyyələşməsində iştirak etməyəcəyini ölkədəki ağır maliyyə vəziyyəti ilə izah edib. O, Orban dövründə Aİ-nin Macarıstan üçün ayırdığı, lakin verməkdən imtina etdiyi maliyyə vəsaitlərini almağa çalışacağını bildirib.
Orbanın hökuməti dekabrda Aİ-nin Ukraynaya ayırdığı kreditin verilməsinə səs versə də, sonradan baş nazir fikrini dəyişmişdi.
Orban demişdi ki, Ukrayna Rusiya neftini Macarıstana daşıyan boru kəmərini təmir edənə qədər kreditin ayrılmasına veto qoyacaq. O, boru kəmərinin Ukrayna tərəfindən zədələndiyini, təmir işlərinin bilərəkdən yubadıldığını iddia etmişdi.
Kiyev isə bildirib ki, boru kəməri yanvarda Rusiyanın dron hücumu nəticəsində zədələnib və kəməri mümkün qədər tez bərpa etməyə çalışırlar.
Digər Avropa ölkələri liderlərindən fərqli olaraq, Ukraynaya qarşı müharibə aparan Rusiya ilə yaxın münasibətlər saxlayan Orban iddia edirdi ki, Ukrayna hökuməti Macarıstana təzyiq göstərmək üçün “neft blokadası”ndan istifadə edir.
2022-ci ilin fevralında Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasından bəri əksər Avropa ölkələri Rusiyadan enerji idxalını ciddi şəkildə azaldıb və ya tamamilə dayandırıb. Lakin Macarıstan və Slovakiya Rusiya nefti və qazının idxalını nəinki saxlayıb, hətta artırıb.
Madyar da mətbuat konfransında ölkənin Rusiyadan enerji asılılığının azaldılmasının vacibliyini qeyd etsə də, bunun bir gecə içində baş verməyəcəyini əlavə edib.
Madyar Aİ-nin Ukraynaya 90 milyardlıq kreditinə veto qoymayacağına işarə edib