ABŞ və İran arasında razılıq: Vaşinqton Tehranın Livanla bağlı şərtini qəbul etdi

ABŞ regional eskalasiya fonunda Livan istiqamətində atəşkəs rejiminin tətbiq olunmasını dəstəklədiyini bəyan edib.

Xarici KİV-lərin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton Yaxın Şərqlə bağlı aparılan genişmiqyaslı danışıqlar çərçivəsində Livan cəbhəsində hərbi əməliyyatların dayandırılmasına razılıq verib.

Bildirilir ki, bu qərar regionda gərginliyin azaldılması və münaqişənin daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə atılan addımların tərkib hissəsidir.

Xüsusilə, Livanda döyüş əməliyyatlarının dayandırılması ümumi vəziyyətin sabitləşməsində ən vacib amillərdən biri kimi qiymətləndirilir.