Din olaraq İslamın varlığı bəşər tarixinin ən qədim dövrlərindən bəri oxunub-eşidilən həqiqətdir. İslam digər dinlərdən fərqli olaraq, yalnız ibadət sferası ilə məhdudlaşmırdı. O, ideoloji əsasları, idarəçilik, ailə quruluşu, mədəniyyət, iqtisadiyyat (bankçılıq daxil), döyüş və digər çoxsaylı sahələrdə əhatəli tələblər irəli sürərək özünü göstərirdi.
Peyğəmbər Əleyhissalamın yaratdığı sistem tarixdə yeganə dini-ideoloji dövlətçilik nümunəsi idi. Səudiyyə Ərəbistanından başlayaraq Avropaya, Asiyaya və dünyanın dörd bir tərəfinə yayılan bu məktəb, insanlıq ənənəsində uzun müddət unikal hadisə kimi qəbul olunurdu. İslam yalnız ibadət deyil, bütün idarəçilik sahələrinə təsirini və uğurunu əməli şəkildə nümayiş etdirirdi. Bu səbəbdən də din əleyhdarlarının həqiqi qorxusu və hədəfi halına gəldi.
O dövrdə idarəçilikdə din bilgisi və mənəvi paklıqdan uzaq şəxslərin hakimiyyətə gəlməsi bu fikrin daşıyıcılarına tutarlı əsaslar verdi. Lakin model yüz minlərlə qoşunu, geniş sərhədləri, vergiləri və elmi nailiyyətləri ilə möhkəm potensialını ortaya qoymuşdu. Bu potensialı inkar etmək mümkün deyildi.
Sonradan dini şəxsi mənafelərə alət edən idarəçilərin yanlış davranışları və xarici təsirlər imperiyanın süqutuna səbəb oldu. Amma İslamın real potensialını görənlər növbəti belə bir sistemin qurulmaması üçün bütün səylərini səfərbər etdilər. Tarixin hər dönəmində İslamı və onun tərəfdarlarını ciddi senzura və təzyiq altında saxlamağa çalışdılar.
Hz. Muhəmməd (s) dövründən sonra başında dini rəhbərin dayandığı İslam idarəçilik sisteminin hər hansı işartısı daim ən sərt təzyiqlərə məruz qaldı. İnsanların ruhi axtarışlarını cavablandırmağa çalışan alternativ məktəblər süni işıqlarla təqdim edildi, İslamın real imkanları isə hər fürsətdə gizlədildi.
XX əsrdə Sosializm, Millətçilik və Kapitalizm kimi ideoloji sistemlər idarəçilik əsasında dünyaya təqdim olundu. Lakin bu sistemlər çox qısa müddətdə insanın həm maddi, həm də mənəvi ehtiyaclarını ödəyə bilmədiyini göstərdi.
Sosializm sosial bərabərlik vəd etsə də, mənəvi boşluğu doldura bilmədiyi üçün nəticədə sosial ədalətsizliyin qurbanına çevrildi. Millətçilik irqi ayrı-seçkilik və antisemitizm kimi yanaşmalarla keçmişdə İkinci Dünya müharibəsinə, bu gün isə Qəzza soyqırımına yol açdı. Kapitalizm isə “azadlıq” şüarı ilə dünyaya mədəni quldarlıq gətirdi və “güclü haqlıdır” prinsipi ilə indiki müharibə və vəhşiliklərə imza atdı.
Bütün bu nəticələr zorla qapadılan, lakin insanın ruhu və dünyasına ən çox ehtiyac duyulan İslama yönəlik meylin qaçılmaz olduğunu göstərirdi.
2-ci hissənin sonu.
Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (2-ci hissə)