İsrailin əsas müxalifət liderlərindən biri Yair Lapid İranla əldə olunan atəşkəsə görə Baş nazir Netanyahunu tənqid edib.
O, “X” platformasında yazıb ki, “tariximizdə heç vaxt bu qədər böyük diplomatik fəlakət olmayıb”.
Lapidin sözlərinə görə, “milli təhlükəsizliyimizin əsas məsələləri ilə bağlı qərarlar verilərkən İsrail heç danışıqlar masasında da olmayıb”.
Lapid bildirib ki, “ordu ondan tələb olunan hər şeyi yerinə yetirib, ictimaiyyət isə diqqətçəkən dözümlülük nümayiş etdirib”, amma Baş nazir Benyamin Netanyahu “diplomatik müstəvidə uğursuz olub, strateji baxımdan da uğursuzluğa düçar olub və özünün qarşıya qoyduğu hədəflərin heç birinə çatmayıb”.
O əlavə edib ki, “Netanyahunun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırma çatışmazlığı səbəbindən vurduğu diplomatik və strateji zərəri bərpa etmək üçün illər lazım olacaq”.
Yair Lapid: "Netanyahu qarşıya qoyduğu hədəflərin heç birinə çatmadı"