İranda səfərbərlik dalğasına 6 milyondan çox şəxs qoşuldu

İranda ölkə torpaqlarının müdafiəsinə hazır olduqlarını bəyan edən vətəndaşların sayı qısa müddətdə rekord həddə çatıb.
ABŞ və İsrail tərəfindən İranın adalarına və sərhədlərinə qarşı səsləndirilən təhdidlərlə eyni vaxtda başladılan "Canfəda" milli kampaniyasına qoşulanların sayı artıq 6 milyon nəfəri ötüb.
Məlumata görə, ölkənin ərazi bütövlüyünü qorumaq məqsədilə başladılan bu kampaniya cəmi üç gün ərzində geniş kütləvi dəstək qazanıb. Kampaniya çərçivəsində vətəndaşlar həm xüsusi qeydiyyat sistemləri, həm də onlayn platformalar vasitəsilə orduya və müdafiə qüvvələrinə dəstək nümayiş etdirirlər.
Xatırladaq ki, regionda gərginliyin artdığı bir vaxtda İran rəsmiləri istənilən xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan ediblər. Hazırda könüllülərin qeydiyyatı prosesi davam edir və rəqəmlərin daha da artacağı gözlənilir.