"Meydan TV"-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) ictimaiyyətə açıq məktub yazıb.
"Meydan TV"-nin dərc etdiyi məktubda jurnalist süni intellektlə bağlı yeni qəbul olunan qanundan, hüquq-mühafizə sistemindən və cəmiyyətin maarif səviyyəsindən yazıb.
"Toplum TV" məktubu olduğu kimi təqdim edir.
Qadağalar ölkəsi Azərbaycanda daha bir qanun sərtləşdirilir. Milli Məclis süni intellekt vasitəsilə saxta audio, video və foto materialların hazırlanması və yayılmasına görə cərimə və həbs cəzalarını gücləndirir. Yeni Cinayət və Cinayət-Prosessual Məcəllələrinə, həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişiklik edilir. Bu əməllərə görə pul cəriməsi ilə yanaşı, 3 ilədək həbs cəzası da nəzərdə tutulur.
İnsafən, bütün ölkələrdə müxtəlif sahələr üzrə cərimələr, qadağalar var. Hətta məbləğlərin yüksəkliyi dodaq uçuqladır. Üstəlik, saxta materialların yayılması məsələsi olduqca ciddi problemdir və birbaşa insan həyatını hədəfə alır. Toxunduğum məsələ cəzaların özü deyil, icra mexanizmi ilə bağlıdır. Şəxsən mən inanmıram ki, hansısa ölkədə öz vətəndaşına bizdəki qədər qıcıq olan hüquq-mühafizə orqanı olsun. Əgər bir cəzada həbs varsa, bizim polis nadir halda onu qoyub cəriməni seçər. Bunun üçün ya məsələ ictimailəşməlidir, ya kimsə tapşırıq verməlidir, ya da həmin şəxs azı cərimə qədər “tərləməlidir”. İnsaflı polislərin olması da istisna deyil, haqqa girməyim. Biz görməsək də, olduğuna ümid edirəm. Təəssüf ki, istisnalar ümumi mənzərəni dəyişmir.
Cəzaların sərtliyi səbəbindən təcridxanalar ağzınadək doludur. Hətta beynəlxalq təşkilatlar belə məhbus sayına görə Azərbaycanı hesabatların önündə qeyd edir. Günahı olub-olmadığından asılı olmayaraq, hər kəs öz “cinayət işi”ndən danışanda “məni yükləyiblər” deyir. Əmindir ki, biri inanmasa da, beşi inanacaq. Çünki bu ölkədə hüquq-mühafizə orqanlarının ədalətli rəftarına xalqın heç 1 faizi də inanmır. Allah heç kimin işini həkimə və polisə salmasın. Hər ikisi adamı “soyub, soğana çevirir” alqışı da bu xalqa məxsusdur. Bu ifadə hələ sovet dövründən var. Müstəqil Azərbaycandakı üsul-idarə isə o vaxtkından cüzi fərqlənir.
Düzü, mən həbsimə qədər ölkədə bu qədər hüququndan xəbərsiz, cahil kütlənin olduğunu bilmirdim. İki böyük kütlə var: savadsız vəzifə sahibləri və dələduzluqda ittiham olunanlar.
Finlandiyanın ümummilli lideri Yohan Vilhelm Snelman demişkən, “ölkə əhalisinin böyük hissəsinin cahil və kobud olmasına dözmək utanmazlıqdır”. Bu sözləri öz xalqı üçün ötən əsrin əvvəllərində deyib. Son zamanlar özümüzü tez-tez fin xalqı ilə müqayisə edirəm. Hətta bu barədə məhkəmədə sərbəst ifadə verərkən də danışmışdım. Ancaq yazılı ifadəmi öncədən redaksiyaya göndərdiyim üçün sonradan etdiyim əlavələr yayımlanmayıb. Ona görə də düşündüm ki, həmin fikirlərin bir hissəsini yazıma əlavə edim.
Finlandiya Azərbaycan kimi təbii sərvətlərlə zəngin ölkə deyil. Yalçın qayalıqlar və meşələrlə bol olan bu ölkədə hava şəraiti və münbit torpağın qıtlığı əhaliyə uzun illər problem yaradıb. Az qala hər torpaq parçası bütöv bir nəslin ağır zəhməti bahasına əkin sahəsinə çevrilib. Ancaq bu ölkənin insanları çıxış yolunu ölkədən qaçmaqda, yaxud az olan təbii sərvətləri mənimsəməkdə görməyiblər. Bütün güclərini təhsilə yönəldiblər - dindarından tutmuş dinsizinə, zənginindən məzlumuna qədər hər kəs.
Snelmanın fəaliyyəti haqqında oxuyanda heyrət və qibtə hissi adamı rahat buraxmır. O, ömrünü xalqının maariflənməsinə həsr edib. Qriqori Petrov “Ağ zanbaqlar ölkəsi” kitabında yazır ki, hər bir xalq ya böyük şəxsiyyətlər, ya da şərəfsiz insanlar yetişdirir və xalq kütlələrinin mənəvi səviyyəsindən asılı olaraq onlardan birini hakimiyyət başına gətirir.
Bu baxımdan Snelmanın xalqının mənəvi səviyyəsindəki rolu böyükdür. O deyirdi: “Hansı konstitusiyanı, seçki hüququnu yaradırsınız yaradın, ən liberal qanunlar yazın, sosializm və ya kommunizmin möcüzə yaratmaq gücünə inanın, lakin bizim yüz minlərlə uşağımız həyata bu cür cılız və şəxsiyyətsiz şəkildə atılacaqsa, istənilən parlamentli dövlət quruluşunda həyatınız faciəvi, yoxsul və eybəcər olacaq. Məmurlar xalqa hörmətlə yanaşmayacaq, siyasi yalançılardan ibarət Nazirlər Kabineti olacaq. Deputatlar xalqın sərvəti ilə alver edəcək. Məktəblər yeni nəslin ürəyini və beynini qurudan yerlərə çevriləcək. Mətbuat küçədə dolaşıb öz gözəlliyini satan fahişələrə bənzəyəcək”.
“Ədalətsizliyin ən başlıca müəllimi qanunvericilər və qanun keşikçiləridir. Xalqa qanunlara əməl etməməyi onlar öyrədirlər”, - deyib Snelman düz 110 il əvvəl. Biz isə bu qədər vaxt keçməsinə baxmayaraq, hələ də bu barədə düşünmürük. Onun sadaladıqları müasir Azərbaycanla uyuşurmu? Aradakı bir əsrlik gerilik gözə çarpmırmı?
Bu gün o cür düşünən insanların sayəsində Finlandiyanın təhsil sistemi dünyada ön sıralardadır. Azərbaycan isə hətta ilk 100-lük siyahısında da deyil. Təhsilin başına gətirilən xarici diplomlu, çoxdilli nazirin yeni üsulları da işə yaramır. İllərin müəllimləri attestasiyadan üzüqara çıxırlar. Onların varlığı seçkidən seçkiyə işə yarayır. Yüksək bal toplayan yeniyetmələr isə ya özəl liseylərin məzunlarıdır, ya da repetitor əməyinin məhsuludur. Ölkədə təhsilə təşviq də çox zəifdir, ictimaiyyət üçün önəmli şəxslər bu işə cəlb edilmir. Ani, düşünülməmiş bir səhv isə nə qədər gənci dəmir barmaqlıqlar arasında məhv edir. Elə biri kamera yoldaşımdır. Cəmi 20 yaşı var, kibercinayətdə təqsirləndirilir. O qədər ağıllı və bilgilidir ki, rahatlıqla normal mühitə qaytarıla bilər. Ancaq ehtiyac və yanlış dostların sürüklədiyi bataqlıqda məhv olmaq təhlükəsi var. Normal cəmiyyətlərdə onun kimilərin illərini əlindən alıb potensial cinayətkara çevirmək yerinə, faydalı əməyə cəlb etməklə bir gənci həyata qaytarardılar. Təəssüflənməkdən başqa heç nə etmək olmur.
Təbii ki, Snelmanın fikirlərini oxuduqdan sonra öz xalqının ümummilli lider saydığı şəxsin “aforizm”lərini xatırlamağa çalışıram. Ağlıma “körpü yolun bir hissəsidir” cümləsindən başqa heç nə gəlmir. Düz 40 ilə yaxındır ki, biz problem olanda “keçid dövründəyik” (yəni “körpüdəyik”) bəhanəsini eşidirik. Körpünü keçmək ümidi ilə…
Aynur Elgünəş
Aynur Elgünəş: "Bu ölkədə hüquq-mühafizə orqanlarının ədalətli rəftarına xalqın heç 1 faizi də inanmır"