Afrikanın ilk məscidi

Afrika qitəsinin ilk və ən qədim məscidi müasir Eritreya ərazisində yerləşir.

“Məscid əl-Səhabə” adlı müsəlman ibadətgahının 7-ci əsrin əvvəllərində inşa edildiyi ehtimal edilir.

“Səhabələr məscidi” həzrəti Məhəmməd peyğəmbərin (s) dövründə Ərəbistan yarımadasından Həbəşistana hicrət edən ilk müsəlman mühacir səhabələr tərəfindən tikilib.