İranla aralarında müharibənin getdiyi bu günlərdə ABŞ prezidenti Donald Tramp “Financial Times” qəzetinə verdiyi müsahibə verib. O, müsahibəsində NATO-nu kömək etməklə təhdid edib.
“Bizdə NATO adlanan bir şey var. Onlarla çox mehriban olmuşuq. Lakin onlara Ukrayna məsələsində kömək etməməli idik. Ukrayna bizdən minlərlə kilometr uzaqdadır, amma biz kömək etdik. İndi görək, onlar bizə kömək edəcəklər? Çünki mən uzun müddətdir deyirəm ki, biz onlara kömək etməyə hazırıq, amma onlar bizə kömək etməyə hazır deyillər və əmin deyiləm ki, onlar bizimlə olacaqlar”, - deyə Tramp bildirib.
Donald Tramp həmçinin Avropa ölkələrindən olan xüsusi təyinatlı qüvvələrin Fars körfəzində dronları idarə edən və ya mina yerləşdirən İran qüvvələrini məhv etmək üçün istifadə olunacağına işarə edib.
“Biz onlara çox sərt zərbələr endiririk. Hörmüz boğazında problem yaratmaqdan başqa çarələri yoxdur. Amma bu insanlar [avropalılar] Hörmüz boğazında gəmiçilikdən faydalanırlar və bizə asayişi qorumağa kömək etməlidirlər. Biz onlara kömək edəcəyik. Amma onlar da orada olmalıdırlar”, - Tramp bildirib.
Almaniyanın müdafiə naziri Boris Pistorius Trampın çağırışına cavab verib.
“Bu, bizim müharibəmiz deyil və bunu biz başlatmamışıq. Biz diplomatik həllərlə müharibəyə tez bir zamanda son qoymaq istəyirik, lakin bölgədə əlavə hərbi gəmilər əlbəttə ki, kömək etməyəcək”,
Bir çox təhlilçilər Trampın bu çağırışını bataqlığa düşərək yardım istəyək kəsin yalvarışı kimi dəyərləndirib. Onlar Trampın bu müharibəyə üçüncü ölkələri qoşmaqla özünün itkisiz bu müharibəni qazanmaq kimi fikirlərini tənqidlə qarşılayıblar.
Trampın çağırışı acizlik kimi dəyərləndirildi: “Bizə kömək etməsələr, NATO-nu çox pis gələcək gözləyir”