İngiltərə Premyer Liqasının növbəti turunda “Aston Villa” səfərdə “Çelsi”ni məğlub edib.
Londonun “Stemford Bric” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı meydan sahibləri açıblar. Joao Pedro 37-ci dəqiqədə fərqlənərək “Çelsi”ni önə çıxarıb. Lakin ikinci hissədə təşəbbüsü ələ alan “Aston Villa” geridönüşə imza atıb. Komandanın kapitanı Olli Uotkins 63-cü və 84-cü dəqiqələrdə vurduğu qollarla görüşün taleyini həll edib.
Bu qələbə ilə “Aston Villa” Premyer Liqada vacib 3 xal qazanıb, “Çelsi” isə doğma meydanda növbəti xal itkisi ilə üzləşib.
"Aston Villa" "Çelsi" səfərində geridönüşlə qalib gəldi