Həbsxanada Quran müsabiqəsi keçirilib

Xanım Zəhranın (s.ə.) mübarək mövludu günü münasibətilə keçirilən Quran müsabiqəsi öz qaliblərini müəyyən edib. 17 saylı cəzaçəkmə müəssisəsində baş tutan müsabiqə məhbuslar arasında bir neçə kateqoriya üzrə təşkil olunub. Tədbir bir ay öncədən elan edilib və müsabiqə şərtlərinə uyğun olan məhbuslar iştirak ediblər.

İmam Səccad (ə) dərnəyinin təşəbbüsü ilə gerçəkləşən bu tədbir say etibarı ilə 3-cü mərasimdir. Təşkilatçılar mükafatlandırmanı məhz Xanım Zəhranın (s.ə.) mübarək mövlud gününə təyin etməklə mərasimin daha da nurani və mənalı keçməsini nəzərdə tutublar.

Münsiflərin qiymətləndirməsi nəticəsində müəyyən edilən ilk üç yer qalibləri hədiyyələrlə təltif olunub. Tədbir zamanı həbsxanada olan digər məhbuslar da həm maddi, həm də mənəvi dəstək göstəriblər.