İmam Hüseyn (ə) Ziyarətgahının çoxşaxəli iqtisadi, humanitar və elmi fəaliyyəti

Son on bir ildə İmam Hüseyn (ə) Ziyarətgahı təkcə müqəddəs ziyarətgah kimi deyil, həm də mədəniyyət, təhsil, humanitar və iqtisadi fəaliyyətlərin mərkəzi kimi diqqət çəkir. 2014–2025-ci illər ərzində ziyarətgahın icra etdiyi layihələr onun çoxşaxəli fəaliyyətini və regional təsirini ortaya qoyur.

Öncədən qeyd edək ki, İraqdakı ziyarətgahlarının əksəriyyətinin ali, orta təhsil müəssisələri, tibbi klinikaları, zavod, fabrik və kiçik müəssisələri var.

İmam Hüseyn (ə) Ziyarətgahının ümumi layihələrindən bir hissə:

 Dini və mədəni layihələr

2014-cü ildən sonra ziyarətgah dini-mədəni fəaliyyətlərini genişləndirib. 2017-ci ildə yayılan “Layihələr” kitabçasına görə, həmin dövrdə 75-dən çox layihə — dini, mədəni, humanitar və sosial sahələrdə həyata keçirilib.

Bu dövrdə ziyarətgahın fəaliyyətlərinə daxildir:

İmam Hüseyn Muzeyi: 2025-ci ildə fəaliyyətinin 15-ci ildönümünü qeyd edib; muzeydə Kərbəla tarixi və dini irs sərgiləri təqdim olunur.
“Həzrət Zeynəb (s.ə.) meydanı” layihəsi və digər infrastruktur əlavələri ziyarətçilərin rahatlığını təmin edir.
Livanın cənubunda bir hüseyniyyə binasının hədiyyə olaraq qəbul edilməsi ziyarətgahın beynəlxalq dini əlaqələrini göstərir.

Humanitar və sosial layihələr

COVID-19 pandemiyasından sonra ziyarətgahın sosial və humanitar proqramları intensivləşib. 2020–2025-ci illərdə:

Minlərlə ailəyə ərzaq yardım paketləri və tibbi dəstək təqdim edilib.
Şəhid ailələri, yetimlər və az təminatlı ailələr üçün xüsusi sosial proqramlar həyata keçirilib.
Ziyarətçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün yeni xidmət mərkəzləri və logistika sistemləri yaradılıb.

Bu fəaliyyətlər İraqın müxtəlif bölgələrində həyata keçirilir və ziyarətgahın ictimai təsirini artırır.

Təhsil və universitet layihələri

İmam Hüseyn Ziyarətgahı dini təhsil və universitetlərlə əməkdaşlıq sahəsində də aktivdir:

2015-ci ildə Kərbəlada Qurani-ixtisas kollecinin yaradılması.

2017-ci ildə “Əl Varis Ənbiya” Universiteti.
2019-cu ildən universitet tələbələri üçün mədəni‑maarif layihələri və forumlar təşkil olunub.

2019‑cu ildə “Əz Zəhra” qadınlar Universiteti Ziyarətgah tərəfindən qurulub.

2022-ci ildə Sibtayn Tibb Universiteti qurulub. Ziyarətgahın himayəsi altında fəaliyyət göstərir. Kərbala şəhərindədir, tibbi elmlər üzrə ali təhsil verir.
2023–2024-cü illərdə İslam Elmləri Kolleci, Kərbəla Universiteti ilə əməkdaşlıq çərçivəsində Qurani müsabiqələri və elmi konfranslar keçirilib.
2025-ci ildə “Əl Varis” Akademiyası (daha öncə də ali təhsil müəssisəsi olub). Bu ali təhsil müəssisəsi vasitəsilə dayanıqlı inkişaf, su-qida təhlükəsizliyi və strateji araşdırmalar üzrə layihələr həyata keçirilib.

Bu proqramlar ziyarətgahı yalnız dini mərkəz kimi yox, həm də elmi və təhsil mərkəzi kimi göstərir.

Zavod, fabrik və iqtisadi layihələr

Ziyarətgah öz infrastruktur layihələrinin davamlılığını təmin etmək üçün istehsal və iqtisadi fəaliyyətlərə də baş vurub:

2019-cu ildə Kərbəlada 4000 kvadrat metrlik tikinti materialları zavodu açılıb. Burada kərpic, klinker və paver blok istehsal olunur.
Zavod həm infrastruktur layihələrini dəstəkləyir, həm də yüzlərlə yerli iş yeri təmin edir.
İqtisadi layihələr ziyarətgahın maliyyə müstəqilliyini gücləndirir və uzunmüddətli layihələrin həyata keçirilməsinə imkan yaradır.

 İnfrastruktur və genişlənmə layihələri

2020-ci ildən ziyarətgahın genişlənmə planları sürətləndirilib:

Kompleksin sahəsi 14 dəfə genişləndiriləcək, yeni səkilər, koridorlar və ziyarətçi mərkəzləri tikiləcək.
Bu layihələr həm dini ziyarətləri, həm də sosial-humanitar fəaliyyətləri dəstəkləyir.

2014–2025-ci illər ərzində İmam Hüseyn (ə) Ziyarətgahı təkcə dini ziyarətgah deyil, çoxşaxəli institut kimi fəaliyyət göstərib:

Dini və mədəniyyət mərkəzi — muzey, sərgilər, dini proqramlar
Humanitar və sosial dəstək— ərzaq, tibbi yardım, şəhid ailələri
Təhsil və universitet əməkdaşlığ — kollec, müsabiqələr, elmi forumlar
İqtisadi fəaliyyət — zavod/fabrik, iş yerləri, tikinti materialları
İnfrastruktur layihələri — genişləndirilmiş həyət və xidmət sahələri

Bu dövr ziyarətgahın regional və beynəlxalq təsirinin, həm dini, həm sosial, həm təhsil, həm də iqtisadi sahələrdə artdığını göstərir. İmam Hüseyn Ziyarətgahı artıq təkcə müqəddəs məkan deyil, həm də ictimai, mədəni və iqtisadi güc mərkəzi kimi fəaliyyət göstərir. Və bütün fəaliyyətlərini bir məqalə ilə bura yerləşdirmək mümkün deyil.