Bir müddət öncə sizə böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaniyə bağlı “Əl Ayn” Fondu tərəfindən 137 min yetimə verilən dəstək haqqında məlumat dərc etmişdik.
Fondun “Yetimlərə mənzil” layihəsi hazırda 324 ev yetimlərə verilib. Aşağıda bu layihənin hansı bölgələrdə reallaşdığını diqqətinizə çatdırırıq:
1. İmam Rza (ə) Kompleksi – 12 ev, Bağdad – Al-Muamal bölgəsi
2. İmam Cavad (ə) Kompleksi – 28 ev, Bağdad – SabQusur bölgəsi
3. İmam Baqir (ə) Kompleksi, 66 ev, Nəcəf Vilayəti
4. İmam Həsən (ə) Kompleksi, 42 ev, Kərbəla Vilayəti
5. Seyyid Məhəmməd Kompleksi, 44 ev, Salahəddin – Balad qəsəbəsi
6. Hillə Mənzil Kompleksi, 12 ev, Babil Vilayəti
7. İmam Səccad (ə) Kompleksi, 92 ev, Babil – Şuməli bölgəsi
8. Fədək əz-Zəhra Kompleksi, 8 ev, Bağdad – Hurrə
9. İmam Hüseyn (ə) Kompleksi, 20 ev, Müthənna Vilayəti
Qeyd edək ki, yetimlər bu evləri sata və kirayə verə bilməzlər. Maddi vəziyyətləri düzəldikdən sonra, bu evdən öz istəyilə çıxarsa digər bir yetimə bu ev təqdim olunur.
Yetim uşaqlar üçün 166 mindən çox xidmət göstərib
Ayətullah Sistaniyə bağlı Al-Ayn Fondu, yetim uşaqların sağlamlığını təmin etmək məqsədilə 2007-ci ildən etibarən həyata keçirdiyi xüsusi tibbi dəstək proqramını genişləndirərək, bu sahədəki fəaliyyətini davam etdirir. Fondun təsis etdiyi “Al-Ayn Səhiyyə Mərkəzi” minlərlə yetim ailəyə kompleks və peşəkar tibbi xidmətlər göstərir.
2007-ci ildən…
Fondun tibbi dəstək proqramı yetim uşaqların və onların ailələrinin sağlamlıq ehtiyaclarını qarşılamaqda mühüm rol oynayır. Mərkəzin fəaliyyəti sayəsində əhəmiyyətli statistikaya nail olunub:
166.295 müxtəlif tibbi hal qeydə alınaraq müalicə ilə təmin edilib.
4.152 kritik cərrahi əməliyyat uğurla həyata keçirilib və maliyyələşdirilib.
Mərkəzin təqdim etdiyi kompleks xidmətlər
“Əncum əl-Zahirə” layihəsinin əsas hissəsi olan Səhiyyə Mərkəzi, diaqnostikadan müalicəyə qədər geniş xidmətlər spektri təklif edir:
İlkin müayinə və diaqnostika: Ailə həkimi, pediatriya, dermatologiya, daxili xəstəliklər, göz və stomatologiya kabinetləri daxil olmaqla ilkin müayinə və zəruri hallarda ixtisaslaşmış xəstəxanalara yönləndirmə.
Tam təminat: Dərman və tibbi ləvazimatların, o cümlədən əlil arabası, eşitmə cihazları kimi xüsusi vasitələrin təmin edilməsi.
Cərrahiyyə dəstəyi: Daxili və xarici klinikalarda zəruri olan cərrahi əməliyyatların maliyyələşdirilməsi.
Maarifləndirmə: Sağlamlıq mövzusunda maarifləndirici mühazirələr və təlimlərin keçirilməsi.
Ayətullah Sistaniyə bağlı Fondun yetimlərə ev və səhiyyə layihəsi