Gürcüstanın xarici ticarət dövriyyəsi 9 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan xarici ölkələrlə 18,54 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.

Ölkənin Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.

Son 1 ildə Gürcüstanın ixracının dəyəri 7,7 % artaraq 5,15 milyard ABŞ dolları, idxalnın dəyəri isə 9,7 % artaraq 13,39 milyard ABŞ dolları təşkil edib.

Beləliklə, 9 ayda Gürcüstanın mənfi ticarət saldosu 8,24 milyard ABŞ dolları olub ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 44,4 %-i deməkdir.

Bu göstəricilər bəyan olunmamış ticarət əməliyyatları istisna edilməklə hesablanıb.