Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Volqoqrad vilayətinin Kotove şəhərində “LUKOIL-Korobkovskaya” qaz emalı zavoduna PUA-larla hücum edib.
Bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat yayıb.
Onun sözlərinə görə, zavoda pilotsuz uçuş aparatları düşüb və yanğın baş verib.
Qeyd edək ki, Korobkovskaya Qaz Emalı Zavodu Rusiya Federasiyasının Cənub Federal Dairəsində ən böyük qaz emalı müəssisəsidir. Onun istehsal gücü ildə 450 milyon kubmetr qaz xammalı təşkil edir. Bu zavodun məhsulları, xüsusən də maye qazlar və benzin ixrac olunur.
Ukrayna Rusiyada “Lukoyl”un zavodunu PUA-larla vurdu