Məhbus onlar üçün “baş ağrısı” olmamalı, azadlıqda yaratdığı çətinlikləri buradakı məlum cəhənnəmin məngənəsində özünə qəbullanma məkanı olaraq həzm edib bununla barışma xəttini tutmalıdır. Əlbəttə, bu deyilənlər səsləndiyi qədər asan deyil. Hər məhbus individualdır və o, xüsusi yanaşma tələb edir. Əlbəttə ki, “şeytan balalarının” təcrübəsi bu işdə böyük rol oynayır.
İlk sətir - sakit qalmaq, heç bir problem yaratmamaq və qısa müddət sonra azad olunacağı illuziyanı dustağa aşılamaqdır. Bu, ruha vurulan birinci mərhələnin əsarət zənciridir. Əlbəttə, buna razılaşan məhbuslar kimi razılaşmayanlar da yetəri qədər olur. Bunun ardınca ikinci mərhələ oyunçuları həbsxana həyatının rahat və əlverişli məkanları ilə məhbusu təmin edərək rahatlıq müqabilində onu razı salmaqdır. Bu alınmayan halda, bu tip dəvətlər sonu qəzəb və işgəncə maşınına qədər məhbusu çəkib gətirə bilər.
Artıq təcrübəmizdə çarmıxa çəkilərək günlərcə asılan məhbus həyat hekayələrimiz də var ki, əgər məhbus deyilən razılaşmalar sırasında yumuşalmasa bundan sonra işgəncə maşını işə düşə bilir.
2-ci mərhələ
Lakin bəzən bunların heç birinin işə yaramaması, öz hüquqlarını çox gözəl bilib mübarizə ruhlu olan insanları da “döyüş meydanına” çıxarmış olur. Belə olan halda qoca “şeytanların” məsələ ilə bağlı alternativləri olmamış deyil. Bu, məhbusu məhbusa qarşı qoyma siyasətidir. Olduqca incə düşünülən bu layihədə müəsisə rəhbərliyindən işçilərinə qədər kimsəni müqəssir bilməmək işin ən əsas tərəfidir. Məsələnin rəislərin otaqlarında hazırlanmış mükəmməl təcrübi bir layihə olmasına baxmayaraq, icraçılar, qarşı-qarşıya duran tərəflər məhbuslardır.
Son dövrlər istisnasız olaraq bütün cəzaçəkmə müəssisələrində eyni ssenari çox mükəmməlliklə çəkilib. Müəssisədə hansısa qanunsuzluğa etiraz etmək istəyən məhbusun qeyd edilən yollarla “islah” edilməyəcəyini müşahidə edən rəhbərlik, belə olan halda bir neçə məhbus tipini istifadə edə bilir.
1. Bu həbsxanada güc və tərəfdarları olan və onlar üçün rəhbərlik tərəfindən yaşıl işıq yandırılan “aristokrat” təbəqədir. Onların itirəcəkləri rahatlıqları söz mövzusu ola bilir. Belə ki, həbsxana daxilində xüsusi otaq və ya tibb məntəqəsində fərqli abu-hava onları bunu qorumaq üçün fəaliyyətə çəkən əsas səbəblərdir.
“Aristokratlar”ın tələbi ümumi səslənsə də, həqiqətdə onu narahat edən rahat görüşləri, istədiyi zaman telefon zəngləri, özəl nöqtələrdə otaqla təminat iki dustaq baxışını qarşı-qarşıya gətirən həqiqətdir. Burada aristokratların cəm halında olması, bu məsələnin əsas tərəfidir ki, digər məhbusun səsini boğmaq üçün xüsusi əhəmiyyət daşıyır.
Əgər məhbus bu öz haqlılığını ortaya qoyub, aristokratların şəxsi maraq pəncərəsindən çıxış etdiklərini sübut edib maneəni aşa bilərsə, bu zaman ikinci, daha aşağı təbəqəni təşkil edən məhbuslar meydana gələcək.
3-cü hissənin sonu
Məhbus həyatı - cəhənnəm qapıları arxasında yaşananlar. 3-cü hissə