Vitse-prezident JD Vans Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransında iştirak edən avropalı müttəfiqləri “daxildən təhlükə”yə qarşı xəbərdar edərək, Avropa hökumətlərinin həddindən artıq senzura tətbiq etdiyini və “nəzarətdən çıxmış miqrasiya” ilə adekvat şəkildə məşğul ola bilmədiklərini iddia edib.
“Avropa ilə bağlı məni ən çox narahat edən təhlükə Rusiya deyil, bu, Çin deyil, başqa heç bir kənar amil deyil. Məni narahat edən şey daxildən gələn təhlükə və Avropanın bəzi ən fundamental dəyərlərindən, Amerika Birləşmiş Ştatları ilə ortaq dəyərlərindən geri çəkilməsidir”, o bildirib.
Vans NATO müttəfiqi olan Rumıniyanı Rusiyanın dezinformasiyasının aşkar olunması səbəbindən prezident seçkilərinin nəticələrini bu yaxınlarda ləğv etdiyinə görə qınayıb. “Əgər xarici ölkədən gələn bir neçə yüz min dollarlıq rəqəmsal reklamla demokratiyanız məhv edilə bilərsə, deməli, heç o qədər də güclü deyildi. Avropalı dostlarımdan perspektivə sahib olmalarını xahiş edərdim”, Vans qeyd edib.
Belə görünür o, həmçinin Avropada hökumətlərə qoşulması qadağan edilən sağçı partiyalara dəstəkləyini ifadə edərək, deyib ki, “Demokratiya xalqın səsinin vacib olduğuna dair müqəddəs prinsipə əsaslanır. Əngəllərə yer yoxdur",
Vans deyib ki, Avropa və ABŞ-ın üzləşdiyi bütün aktual problemlər arasında “miqrasiyadan daha aktual heç nə yoxdur”.
ABŞ Vitse-prezidenti “bütün qitədə və dünyanın digər yerlərində siyasətçilər tərəfindən verilən şüurlu qərarlar silsiləsi”ni günahlandırıb və o, cümə axşamı Münhendə bir əfqan vətəndaşının avtomobili izdihamın üzərinə sürdüyü və ən azı 30 nəfərin yaralanmasına səbəb olan hücumu vurğulayıb.
Bu sözlər Vansın diqqətini Ukrayna və Rusiyaya yönəldəcəyini gözləyən liderlər və yüksək vəzifəli rəmsilər üçün sürpriz olub. Vitse-prezident məsələ ilə bağlı qısa çıxış edib.
Tramp administrasiyası “Avropanın təhlükəsizliyindən çox narahatdır və Rusiya ilə Ukrayna arasında ağlabatan həll yoluna gələ biləcəyimizə inanır”, Vans deyib. “Və biz də inanırıq ki, qarşıdakı illərdə Avropanın öz müdafiəsini təmin etmək üçün səylərini artırması vacibdir”, o deyib.
Vansın çıxışından sonra Almaniyanın müdafiə naziri Boris Pistorius Vansın Avropa siyasətinin təsvirini rədd edib.
“Əgər mən onu düzgün başa düşürəmsə, o, Avropanın bəzi bölgələrindəki vəziyyəti avtoritar bölgələrdəki vəziyyətlə müqayisə edir... bu, qəbuledilməzdir”, o deyib.
GMF Geostrategy North-un idarəedici direktoru Kristin Berzina bildirib ki, Vansın sözləri Avropanın Amerika demokratiyası ilə bağlı narahatlığına dair “ssenarini çevirmək cəhdidir”.
“Heyrətləndirici bir şəkildə NATO-dan bəhs edilmədi, Ukrayna müzakirə edilmədi. Əvəzində bu, Almaniya seçkilərinə günlər qalmış sağçı demokratiya baxışının təqdimatı idi”, o Amerikanın Səsinə bildirib.
Münhen Konfransında ABŞ-ın vitse-prezidenti Vans Avropa müttəfiqlərinə “daxildən təhlükə” barədə xəbərdarlıq edib