Husilər İsraildəki elektrik stansiyasına qanadlı raketlə hücum ediblər

Yəmən husiləri İsrailin cənubundakı Eylat şəhərində elektrik stansiyasına qanadlı raketlə hücum edib.

Operativtv Report-a istinadən verdiyi məlumata görə, bunu husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya açıqlayıb.

“Yəmən silahlı qüvvələrinin raket qüvvələri işğal altındakı Fələstinin cənubundakı Umm ər-Rəşraş bölgəsində (Eylat şəhərinin ərəbcə adı - red.) İsrailin düşmən elektrik stansiyasına qanadlı raketlə hücum edərək hərbi əməliyyat keçirib", – Səriya bildirib.

Hərbi əməliyyatın nəticələri bəlli deyil.