Əl-Amiri: Xarici qüvvələr İraqı tərk etməlidir

Fəth koalisiyasının rəhbəri bütün xarici qüvvələrin, o cümlədən Amerika və Türkiyə qoşunlarının İraqdan çıxarılmasının vacibliyini vurğulayıb.

Koalisiya lideri Hadi əl-Amiri qeyd edib ki, Müqavimətin dəyəri nə olursa olsun, biz bunu davam etdirməliyik.

Şəhid Ayətullah Məhəmməd Baqir əl-Həkimin xatirəsinə həsr olunmuş mərasimdə çıxış edən Amiri əlavə edib ki, mehrab şəhidi Ayətullah əl-Həkimin ailəsindən 80-dən çox üzvünü şəhid etməsinə baxmayaraq o, Səddam rejiminə qarşı müqavimət yolunu davam etdirdi.

Bədr Təşkilatının baş katibi Amerika və Türkiyə əsgərləri də daxil olmaqla, bütün xarici qoşunların İraqdan çıxarılmasının zəruriliyini vurğulayıb.

İraq Hizbullah Briqadalarının vurğuladığı digər bir xəbər də budur ki, Amerika və İngiltərə bazalarının bölgədə mövcud olmasının məqsədlərindən biri də İsrailin təhlükəsizliyinə və onun genişlənmə layihəsinə dəstək verməkdir və bu, Qəzzada indiki müharibədə açıq şəkildə görünür. İş o yerə çatıb ki, bu rejim uşaqları öldürmək və bu bölgənin əhalisini köçürmək üçün kütləvi qırğın silahları ilə təchiz olunub.

Əgər Britaniya və Amerikanın şər oxunun dəstəyi olmasaydı, İsrailin region ölkələrini hədəfə alması və günahsız insanları öldürməsi mümkün olmazdı. ABŞ və Böyük Britaniya sionist rejimə siyasi və hərbi müdafiə və qabaqcıl silahlar verdi ki, bu rejim bölgədəki hərisliyini təmin etsin və regionun sərvət və resurslarını talaya bilsin.

Bu müqavimət qrupu vurğuladı ki, istibdadın qarşısında duran azad xalqlar bu məkrli planlara qarşı uca dayanır və şər koalisiyaya qarşı iradələrinin heç vaxt boşa çıxmayacağına inanırlar və onu susdurmaq cəhdlərinə baxmayaraq, müqavimətin səsi hələ də səhnədə və aktivdir.