Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, ABŞ Dövlət Departamentinin ona verdiyi mükafatdan imtina etmədiyinə görə cəzalandırılıb. O, ictimaiyyətə müraciətində belə bildirib.
R.Səfərovun sözlərinə görə, insan hüquqlarının qorunmasıyla bağlı fəaliyyətinə görə ABŞ Dövlət Departamentinin "nüfuzlu hüquq müdafiəçisi" mükafatına namizəd olması hələ avqustda bilinirdi. Hüquq müdafiəçisi bildirir ki, bundan sonra da Prezident Administrasiyası səviyyəsində təhdidlər başlanmışdı: "Dəfələrlə mükafatdan publik qaydada imtina təklif olundu. Amma mən bunu edə bilməzdim, axı bu, qlobal səviyyədə fəaliyyətimə verilən qiymət idi. Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirib və həbsimə qərar verilib".
Keçmiş müstəntiq hüquqsuzluğa qarşı mübarizəsini dayandırmayacağını deyir
Hüquq müdafiəçisi kimi fəaliyyətə başlayandan dəfələrlə təhdid və basqılarla üzləşdiyini xatırladan R.Səfərov vurğulayıb ki, bu baxımdan, həbsi onun üçün gözlənilməz olmayıb. O, müraciətində vurğulayıb ki, başına gələnlərə baxmayaraq, hüquqsuzluğa qarşı mübarizəsini dayandırmaq niyyətində deyil.
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi R.Səfərov ötən il dekabrın 3-də axşam saatlarında saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürüldüyü açıqlanıb. Dekabrın 4-də Binəqədi rayon Məhkəməsi R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, özünü təqsirli bilmir, ittihamları qurama sayır.
Ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları dövlət katibi Antoni Blinken təqdim edib. R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də danışıb.
Xatırlatma
Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham edərək müstəntiq vəzifəsindən istefa verib. Bundan dərhal sonra o, rüşvət almaq ittihamı ilə həbs edilib və 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə keçmiş müstəntiqə 9 il həbs cəzası kəsilib.
İrəli sürülən ittihamları rədd edən R.Səfərov 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb. Daha sonra hüquq müdafiəçisi kimi fəaliyyətə başlasa da, R.Səfərov 2019-cu ilin oktyabrında polisin tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati qaydada həbs edilib.
AzadlıqRadiosu
Rüfət Səfərov: 'ABŞ-nin mükafatından imtina etmək təklif olundu, razılaşmadığıma görə cəzalandırıldım'