ABŞ-İsrailin gizli planı: Terrorçular Suriyada bəzi nöqtələri ələ keçirib

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, Suriyadakı adı dəyişələrək kriptolaşmış HTŞ (Şamın Qurtuluş Ordusu) (red:keçmiş Əl-Qaidənin Suriya qolu – “Nusra Cəbhəsi”)  kimi terrorçu qrupların silahlıları Hələb şəhərinin qərb ətrafında yerləşən və Suriya ordusu tərəfindən nəzarət edilən bəzi nöqtəni ələ keçirib. Terrorçuları dəstəkləyən saytların yazdığına görə, terrorçu qruplar Ragib Təpəsi, Kuptan Dağı, Debbabat Təpəsi, Ancara kəndi, 46-cı Liva və digər 32 kənd və nöqtəni nəzarətlərinə alaraq, Hələb şəhər mərkəzinə yalnız 5 kilometr məsafə qalmışdır. Qeyd olunur ki, bu hücumlarda 245 kvadratkilometr ərazi nəzarət altına alınmışdır.

Bu hadisələr, İsrail və Amerika Birləşmiş Ştatlarının bölgədə yeni sünni-şiə qarşıdurmalarını qızışdırmaq üçün gizli bir planı işə saldıqlarını göstərir. Hələlik, Suriya və Livan bölgəsində sünni-şiə qarşıdurmasını qızışdırmaq məqsədi ilə bəzi qruplara dəstək verərək, gərginliyi artırmağa çalışırlar.

Bu planın əsas məqsədi, bölgədəki mövcud güc balansını dəyişdirmək və sünni-şiə münaqişəsini daha da alovlandırmaqdır. ABŞ və İsrailin belə gizli müdaxilələri, bölgədəki sabitliyi pozmaqla yanaşı, regional güc mübarizələrini daha da dərinləşdirə bilər. Bu cür ssenarilər, terrorçu qrupların fəaliyyətinə dəstək verməklə, həmçinin İsraili iflic vəziyyətinə salan Müqavimət Güclərininin təsirini zəiflətməyə yönəldilmiş bir addım kimi görünür.