Zülmətə bürünmüş Nardaran səması və ədalət gözləyən “Nardaran” hadisəsi

2015-ci ildə Nardaranda baş verən məlum qanlı cinayət 9 ilini geridə qoydu. Hadisənin zamanı tarixə çevrilsə də, hadisəni zaman tarixə çevirmədi. O, rejimin cinaytlərini göstərmək üçün illər, bütün bu müddət ərzində dəyişmədən qəddarlaşan bir sistemin həqiqətini aşkarlamaqla onun qanun tanımayan varlığını ifşa etdi.

Nardaran hadisələri zamanı 10-dan artıq şəxs güllələndi, 6 nəfər həyatından məhrum oldu, yüzlərlə insan müxtəlif bəhanələrlə həbslərə salındı. Hadisə hər şeydən üstün maraqlara qurban verilən günahsız insanların amansızlıqla susdurulmasına yönələn bir addım ikən zaman onu aydınlatmaq üçün vaxta ehtiyac duydu.

Nardaran hadisəsi zamanı əfv sərəncamı ilə azadlığa qovuşan 7 şəxs yenidən saxta ittihamlarla həbsə qaytarılıb ki, onlardan biri Şamil Abduləliyev çanağında iki güllə qəlpəsi ilə hərəkət imkanları məhdud olduğu halda yenidən dəmir barmaqlıqlar arasındadır. 9 nəfər Nardaran işində həbs olunanlar növbəti həbsə məruz qalmamaq üçün ölkəni tərk edib ki, onlardan biri hal-hazırda ağır ittihamlarla Rusiyada saxlanılaraq işi araşdırmada olan Zülfüqar Mikayılzadədir.

Nə dəyişdi? Zaman göstərdi ki, hakimiyyət hər ötən gün daha qəddar və daha amansız cinayətlərə imza atmaqla heç bir qanun tanımadan varlığını sürdürür. Şübhəsiz, bu haqq tərəfdarlarının müqavimət ruhunda mücadilə göstərən əyilməz vüqarına qarşı bir savaşdır.

Nardaran hadisəsi zülmün varlığını ortaya qoyan amansız cinayət hadisəsi idi ki, bu gün də mübarizə mərkəzində duraraq bir çox qaranlıqları aydınlatmağa israrlıdır.
Biz ədalətin bərqərar, cinayətin məhkum olunduğu günə qədər bütün gücümüzlə bu istiqamətdə, haqqın yanında olmaq missiyamıza sadiqik. 

Müsəlman Birliyi Hərəkatı.