İsrail kürdlər və druzlar vasitəsi ilə İran və Türkiyəni parçalamaq istəyir

Qəzzanı yerlə-yeksan edən, xəyal arzusu ilə gözünü Livan, İraq və Suriyaya dikən İsrail təhlükəli addım atmağa hazırlaşır. İsrail kürdlərə və druzlara vətəndaşlıq verərək yeni bir oyun hazırlamağı planlaşdırır.

Netanyahu administrasiyası Suriyanın cənubunda druzlara və şimalda kürdlərə İsrail vətəndaşlığı verməyi planlaşdırır. Netanyahu hökuməti müharibə kabinetinin üzvü Gideon Saarın hazırladığı plan çərçivəsində ilk olaraq 35-40 min kürd və druza İsrail vətəndaşlığı verəcək.

“Türkiyə” qəzetində yer alan xəbərə görə, Suriyada kürd dövlət quruluşunu tanıyan ilk ölkə olacağını vəd edən İsrail hökuməti, bu mövzuda müxtəlif ölkələri razı salmaq üçün səylər göstərəcəyini bildirib. Suriyanın şimalında məktəblərin açılması, siyasət, mədəniyyət, iqtisadiyyat və bu kimi sahələrdə dəstək verilməsi Təl-Əvivin Suriyadakı quldur quruluşun hökmdarlarına verdiyi digər vədlərdir.

Kürd araşdırmaçı Müfit Yüksel İsrailin Türkiyə, İran, Suriya və İraqa yönəlmiş planına görə bölgəmizi Yuqoslaviyadan da betər etmək istədiyini ifadə edərək, bu qiymətləndirmələri etdi:

“Onların bütün planları illərlə bərpa oluna bilməyən qarışıq bir coğrafiya yaratmaqdır. Bu məqamda onların kürdlər qarşısında qoyduğu missiya onları sionizmin əsgərləri kimi İran, türk və ərəblərə qarşı döyüşdürməkdir. Onlar indi əsasən diasporu ələ keçiriblər. İsrail öz pis planını gizlədərək, “Biz sizə o dövləti İraqda verdik və Suriyada son mərhələyə gətirdik. Türkiyə ilə İranı bölmək vaxtıdır” deyərək kürdlərdən istifadə etmək istəyir.

 Kürdlərin müəyyən hissəsində etnik şizofreniya yaradıblar. Təl-Əvivin regional dizaynına görə izah etmədiyi başqa bir məsələ də bu oxda milyonlarla insanın öldürülməsidir. Yaşadığımız coğrafiyanı qan gölünə çevirmək, “Böyük Kürdüstan” və s. bu şəkildə istifadə edilən aldatma vasitələridir.”