ABŞ-ın Suriyadakı bazası ikinci hücuma məruz qalıb

Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.

Bu, son dörd gündə ardıcıl ikinci hücum olub.

“Üç raket bazaya düşüb və içəridə güclü partlayışlara səbəb olub, bundan sonra helikopterlər ərazinin üzərində səmaya qalxıb”, - agentliyin mənbəsi bildirib.