“ABŞ-nin həm regionun, həm də ölkəmizin daxili işlərinə qarışmasına sərt cavab veriləcək”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
O vurğulayıb ki, ölkəsinin bu mövqeyi digər dövlətlərin də diqqətinə çatdırılmalıdır.
XİN rəhbərinin sözlərinə görə, regionda hərbi münaqişə təhlükəsi aktual olduğundan ordu tam olaraq hazırlıq vəziyyətinə gətirilib. Əraqçı onu da əlavə edib ki, son aviazərbələrdə yalnız İsrailin hərbi obyektləri hədəfə alınıb.
O, eyni zamanda, ABŞ ilə İran arasında məlumat mübadiləsi ilə bağlı iddiaları təkzib edib.
APA
İran XİN başçısı: ABŞ-nin daxili işlərimizə qarışmasına sərt cavab veriləcək