Ayətullah Sistani Seyid Nəsrullahın şəhadətilə bağlı bəyanat verdi

Böyük təqlid müctəhidi Ayətullah Əl Üzma Seyid Sistani Hizbullah lideri Seyid Nəsrullahın şəhadəti münasibətilə bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bağışlayan Allahın adı ilə

Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər. (Əhzab 23).

Düşmən İsrail ordusu tərəfindən Beyrutun bombalanması zamanı Hüccətül-İslam vəl-müslimin, Seyid Həsən Nəsrullahın, onun şərəfli Livan müqavimətindəki bir qrup qardaşının və onlarla günahsız mülki şəxsin törətdiyi faciəli qətliamda şəhid olması xəbərini böyük kədər və təəssüf hissi ilə qarşıladıq.

Böyük şəhid, son onilliklərdə bənzəri az olan bir liderlik nümunəsi göstərdi. O, Livan torpaqlarını azad edərək, iraqlıları İŞİD terrorçularından azad etmək üçün əlindən gələni etdi. Eyni zamanda, zülm altında qalan Fələstin xalqının yanında durdu və həyatını bu yolda fəda etdi.
Bu böyük müsibət və böyük itki ilə bağlı dəyərli Livan xalqına və bütün digər məzlum xalqlara dərin hüznlə başsağlığı veririk.

Mütəal Allaha dua edirik ki, mərhumun ruhunu böyük mərhəmət və razılığı ilə əhatə etsin və onu rəhmətə qovuşdursun. Onu Həzrət Məhəmməd və onun pak Əhlibeyti ilə ən uca məqamlarda qərar versin, ailəsinə və bütün kədərlənən dostlara səbr və dözüm əta etsin. Şübhəsiz, biz Allahdan gəldik və ona dönəcəyik.”