DÇ-2026: Argentina və Braziliya milliləri seçmə mərhələdə məğlub olublar

Argentina və Braziliya milliləri 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunlarında məğlub olublar.

Son dünya çempionu səfərdə Kolumbiyaya uduzub - 1:2.

"Sambaçılar" Paraqvaya yenilib - 0:1.

Qeyd edək ki, Argentina 8 oyundan sonra 18 xalla liderdir. Beşqat dünya çempionu Braziliya isə 10 xalla beşinci pillədə qərarlaşıb.