Sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir inanclıya hökm oxuyub. Məhkəmə inanclı Hikmət Ağayev barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Hikmət Ağayevi 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Hikmət Ağayev 2024-cü il aprelin 6-da saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub
Növbəti inanclı azadlıqdan məhrum edilib